Bakıda sərnişin avtobusu qəzaya uğradı- xəsarət alan var- Foto

12:33 - 23 Sentyabr 2019 - Xəbər

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 Dövlət Nömrə Nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Agentlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti