Bu ərazilərdə rənglənmə işləri aparılacaq

10:55 - 23 Sentyabr 2019 - Xəbər

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edilir.

Xəbər xətti