Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb

11:15 - 20 Sentyabr 2019 - HADİSƏ

Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb.

Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı - 1994-cü il təvəllüdlü Gülşən Babaşovanın azyaşlı övladları, 2016-cı il təvəllüdlü Fatimə Babaşova və 2013-cü il təvəllüdlü Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb.
Faktla bağlı axtarışlar davam etdirilir. /Apa

Xəbər xətti