Rus orbital aparatı "Luna-26" Çin stansiyalarının ay səthində gələcək eniş yerlərini seçəcək.
"Əldə edilən razılaşmalar çərçivəsində, Çin nümayəndəlikləri üçün mümkün eniş sahələrinin Rusiya orbital aparatı tərəfindən ətraflı araşdırılması mümkün olacaq", mesajda deyilir.
Bundan əlavə, əldə olunan razılaşmalar çərçivəsində Rusiya və Çin bir-birlərinin ay aparatlarına - "Luna-26" və "Chang'e-7" də elmi avadanlıqların quraşdırılması imkanlarını nəzərdən keçirəcəklər./trend