Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi

09:10 - 17 Sentyabr 2019 - HADİSƏ

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Evakuator avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində evakuatorda olan Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır xəsarətlər alıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişinin hər iki qıçı amputasıya olunub.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti