Türkiyədə 7 hərbçini ildırım vurub
13:41 - 13 Sentyabr 2019 - Xəbər
Türkiyədə hərbçiləri ildırım vurub.
APA-nın xəbərinə görə, İzmirin Yenifoça məhəlləsində keçirilən hərbi təlim zamanı 7 nəfər hərbçini ildırım vurub.
Hərbçilər xəstəxanaya yerləşdirilib. Yaralılardan üç nəfərinə tibbi yardım göstərilib və onlar evə buraxılıb. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.