Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə 7 hərbçini ildırım vurub

13:41 - 13 Sentyabr 2019 tarixində dərc olunub.
Türkiyədə hərbçiləri ildırım vurub. APA-nın xəbərinə görə, İzmirin Yenifoça məhəlləsində keçirilən hərbi təlim zamanı 7 nəfər hərbçini ildırım vurub. Hərbçilər xəstəxanaya yerləşdirilib. Yaralılardan üç nəfərinə tibbi yardım göstərilib və onlar evə buraxılıb. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Müəllif: