Xızıda avtomobil ana və qızını vurub

09:00 - 11 Sentyabr 2019 - HADİSƏ

Giləzi kəndində yolu keçmək istəyən ana və qızını avtomobil vuraraq xəsarət yetirib.

Kənd ərazisində minik avtomobili 1986-cı il təvəllüdlü Əliyeva Aysel Əbdul qızını və onun uşağı 10 yaşlı Əliyeva Leyla Namiq qızını vurub. Yaralılar Bakıda 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti