Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

23:17 - 10 Sentyabr 2019 - HADİSƏ

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti