18 yaşlı qızı qaçıran kişi "Ekologiya postu"nda tutuldu

18:11 - 10 Sentyabr 2019 - HADİSƏ

18 yaşlı qızı qaçıran şəxs "Ekologiya postu"nda saxlanılıb.  Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.  Bildirilib ki, hadisə sentyabr ayının 8-də axşam saat 22:30 radələrində baş verib.  Şikayət əsasında, Bakıdan Sumqayıt istiqamətinə gedən "Hyundai Santa Fe" markalı avtomobil saxlanılıb və onun sürücüsü hüquq-mühafizə orqanlarına təhvil verilib.  Məsələ ilə bağlı ərazi üzrə Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti