“Qarabağ”ın futbolçusu Abdullah Zubir Fransanın “Qenqam” klubunun onunla maraqlanmasına münasibət bildirib.
Yarımmüdafiəçi hələlik Ağdam klubuna məxsus olduğunu, danışıqların klublar arasında getdiyini bildirib:
“Mən “Qarabağ”ın futbolçusuyam. İşim burdakı oyunlara çıxıb komandama kömək etməkdir. “Qenqam” məsələsinə gəlincə, klublar arasında danışıq ola bilər. Amma mən o barədə düşünmürəm. Ürəyim “Qarabağ”dadır və burada özümü xoşbəxt hiss edirəm”./qafqazinfo