Ucnoqta.az
www.ucnoqta.az

Abdullah Zubir “Qenqam”la bağlı danışdı - <font color=red><b>“Ürəyim burdadır”</b></font>

10:31 - 26 Avqust 2019 tarixində dərc olunub.

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Fransanın “Qenqam” klubunun onunla maraqlanmasına münasibət bildirib.

Yarımmüdafiəçi hələlik Ağdam klubuna məxsus olduğunu, danışıqların klublar arasında getdiyini bildirib:
“Mən “Qarabağ”ın futbolçusuyam. İşim burdakı oyunlara çıxıb komandama kömək etməkdir. “Qenqam” məsələsinə gəlincə, klublar arasında danışıq ola bilər. Amma mən o barədə düşünmürəm. Ürəyim “Qarabağ”dadır və burada özümü xoşbəxt hiss edirəm”./qafqazinfo

Müəllif: