Tehran avqustun 22-də "Bavər-373" zenit-raket kompleksini (ZRK) təqdim edib.
Məlumata əsasən, İran Prezidenti Həsən Ruhani ZRK-nin təqdimat mərasimində iştirak edib. İranda "Bavər-373"ü Rusiya istehsalı olan "S-300" ZRK-dən daha üstün hesab edirlər. Sözügedən kompleks tam şəkildə İranda layihələndirilib və hazırlanıb.
Şaquli buraxılış qurğusu olan ZRK "Sayad-4" raketləri ilə təchiz olunub. O, müxtəlif hava hədəflərini, o cümlədən, qırıcıları və "görünməz təyyarələri", pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri vura bilir.
"Bavər-373" ZRK 27 kilometr hündürlükdəki və 200 kilometr radiusdakı hədəfləri məhv edir. Bununla belə, kompleks 300 kilometrdən uzaqdakı hədəfləri aşkarlamaq iqtidarındadır.
Xatırladaq ki, Tehran 2016-cı ildə Rusiyadan "S-300" ZRK-nı təqribən 900 milyon dollara alıb./oxu.az