Binəqədidə ikimərtəbəli yaşayış binasında yanğın olub

09:24 - 17 Avqust 2019 - HADİSƏ

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti