Zaqatalada 3 yaşlı uşaq “KamAz” təkərinin altında qalaraq ölüb

14:35 - 18 May 2019 - HADİSƏ

Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün günorta saatlarında rayonun Suvagil kəndində baş verib. 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadığı evin həyətyanı sahəsində oynayan zaman ərazidə olan “KamAz” markalı yük maşınının təkəri üstünə düşüb. Hadisədən sonra üç yaşlı T. Heydərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./ONA

Xəbər xətti