Bakı-Tbilisi yolunda ağır qəza - FOTO

18:51 - 12 May 2019 - HADİSƏ

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində olub. Tovuz rayon sakinləri Arif Kərimovun idarə etdiyi VAZ 2107 və Sənan Bayramovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Oxu.az

Xəbər xətti