Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.