Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il doğumlu Həsənli Nuray Vüqar qızı yolu keçərkən "Naz-Lifan" markalı minik avtomobili tərəfindən vurulub.
Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Beş yaşlı Nurayın vəziyyəti ağır olaraq qiymətləndirilir./report