Ucnoqta.az
www.ucnoqta.az

Zabratda nənə və nəvəni maşın vurub, <font color=red><b>uşağın vəziyyəti ağırdır</b></font>

23:02 - 6 May 2019 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il doğumlu Həsənli Nuray Vüqar qızı yolu keçərkən "Naz-Lifan" markalı minik avtomobili tərəfindən vurulub.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Beş yaşlı Nurayın vəziyyəti ağır olaraq qiymətləndirilir./report

Müəllif: