İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələri ləğv edilib

20:43 - 6 May 2019 - Xəbər

Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. 

“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.

Bununla da İstanbulda təkrar seçki keçiriləcək. 

Xəbər xətti