Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələri ləğv edilib</b></font>

20:43 - 6 May 2019 tarixində dərc olunub.

Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. 

“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.

Bununla da İstanbulda təkrar seçki keçiriləcək. 

Müəllif: