Nəzir qutusunu soyan tutuldu

17:11 - 4 May 2019 - HADİSƏ

Salyanda məsciddə oğurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.  Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də Dayıkənd kənd məscidinin nəzir qutusundan pul oğurlamaqda, habelə iki ədəd nəzarət kamerasını və sərinkeşi sındırmaqda şübhəli bilinən kənd sakini M.Abbasov saxlanılıb.

Xəbər xətti