Oğlunun ölüm xəbərini eşidən yaşlı kişi özünü asdı- Gəncədə

12:40 - 4 May 2019 - HADİSƏ

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Ucnoqta.az Oxu.Az-a istinadla xəbər verir ki, Təbriz küçəsi, ev 234-də yaşayan 83 yaşlı Əhməd adlı kişi özünü asaraq intihar edib. Qonşuların dediyinə görə, onun Rusiyada yaşayan oğlu bir il əvvəl vəfat edib. Oğlunun ölüm xəbərini eşidəndən sonra Əhməd kişi depressiyaya düşüb.

Oğlunun nədən öldüyünə dair məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti