Türkiyənin Hatay vilayətində külə dönən avtomobildən kişi meyiti tapılıb.
Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, yanğın Yayladağ rayonunun Yuxarı Oxçular məhəlləsi yaxınlığında qeydə alınıb. Məlumata görə, nəqliyyat vasitəsinin yanması ilə bağlı xəbər alan yanğınsöndürmə briqadaları, yanan maşına müdaxilə edərək qısa müddətdə söndürüblər.
Hadisə yerinə gələn polis əməkdaşları apardıqları araşdırma zamanı avtomobilin yük yerindən yanmış kişi cəsədi aşkarlayıblar. Cinayət şübhəsi ilə araşdırmaları daha da dərinləşdirən müstəntiqlər, yanan şəxsin Yayladağ rayonu Turfanda məhəlləsində qeydiyyatda olduğu, 32 yaşlı Məhməd Kıssa olduğu müəyyən edilib.
Aparılan geniş axtarışlar nəticəsində, hadisə ilə bağlılığı olduğu iddia edilən bir nəfər həbs olunub.
İstintaqı davam etdirilir.
Namiq