Sumqayıtda kişi ticarət mərkəzində arvadını və özünü bıçaqlayıb

21:43 - 3 May 2019 - HADİSƏ

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

 "Cavid Mall" ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.
Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti