Türkiyədə ağır yol qəzası: 7 ölü, 30 yaralı

20:29 - 3 May 2019 - HADİSƏ

Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb. Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti