Şamaxıda 14 yaşlı uşağı maşın vurub

20:40 - 2 May 2019 - HADİSƏ

Şamaxıda 14 yaşlı uşağı avtomobil vurub.

Hadisə bu saatlarda Şamaxının mərkəzi küçələrindən birində baş verib. İlkin məlumata görə, yolu keçmək istəyən 14 yaşlı Həmidov Ruzi Zakir oğlunu avtomobil vurub. Xəsarət alan azyaşlı Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın kim tərəfindən törədildiyi araşdırılır./qafqazinfo

Xəbər xətti