Sərnişin avtobusu dərəyə aşdı: 12 ölü

08:09 - 28 Aprel 2019 - HADİSƏ

Hindistanda özəl şirkətə məxsus olan sərnişin avtobusu dərəyə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “ANI” portalı yerli polisə istinadən məlumat yayıb.

Hadisə ölkənin şimalında yerləşən Himaçal-Paradeş ştatının Çamba dairəsində qeydə alınıb.

İlkin məlumatda 8 nəfərin öldüyü bildirilmişdi, lakin, sonradan onların sayı 12-yə yüksəlib.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Xəbər xətti