Ucnoqta.az
www.ucnoqta.az

<b>Sərnişin avtobusu dərəyə aşdı:<font color=red> 12 ölü</font></b>

08:09 - 28 Aprel 2019 tarixində dərc olunub.

Hindistanda özəl şirkətə məxsus olan sərnişin avtobusu dərəyə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “ANI” portalı yerli polisə istinadən məlumat yayıb.

Hadisə ölkənin şimalında yerləşən Himaçal-Paradeş ştatının Çamba dairəsində qeydə alınıb.

İlkin məlumatda 8 nəfərin öldüyü bildirilmişdi, lakin, sonradan onların sayı 12-yə yüksəlib.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Müəllif: