Azərbaycanın aran bölgəsinə qar yağıb.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, iki gün davam edən aramsız yağışlardan sonra bu gün səhər saatlarından Göyçaya qar yağmağa başlayıb. Temperatur kəskin aşağı düşüb.
Qeyd edək ki, Azərbaycanın aran bölgəsinə aprel ayında qarın yağması xarakterik deyil.