Facebook və Instagram-da problem yaranıb

16:00 - 14 Aprel 2019 - Xəbər

Facebook və Instagram-ın işində ciddi problemlər yaranıb.

Bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yer alıb. Bildirilir ki, bir çox ölkələrdə istifadəçilər Facebook və Instagram-dan istifadə edə bilmirlər.

Ən çox Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyadakı istifadəçilər şikəyət edirlər.
Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər hazırda Facebook və Instagram-ın xidmətlərindən yararlana bilmir. /oxu.az

Xəbər xətti