Azərbaycanda Rekord: Qadın 7 uşağa hamilədir

12:40 - 14 Aprel 2019 - Xəbər

Azərbaycanda bu vaxta kimi bir qadının eyni vaxtda 5 uşağa hamilə qalması faktı qeydə alınsa da, indi bu rekord yenilənəcək.

Ucnoqta.az Medicina.az-a istinadən xəbər verir ki, tanınmış ginekoloq Natiq Məhərrəmov pasiyenti olan hamilə qadının bətnində düz 7 döl sayıb. 

" Xanım bizə müraciət edəndə, qarnındakı ağrılardan şikayətçi idi. Onun hamilə olmasını bildirdik. 3 ildən sonra hamilə qalıb. İndi uşaqliqda 7 döl saya bildim. Təcrübəmdə belə bir şey olmamışdı. Hiperstimulyasiya prosesi də olunmayıb, xanım özü hamilə qalıb. İndi döllər böyüdükcə daha dəqiq görüntü alacağıq”. 

Xəbər xətti