Metroda qatarların gecikmə səbəbi Açıqlandı

13:14 - 13 Aprel 2019 - Xəbər

Metroda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.

Bu barədə "Bakı Metropoliteni"ni Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib. O bildirib ki, qapılar tutulan zaman qapı silindrləri xarab olur:
"Qatarların depoya təmirə yollanmasının əsas səbəblərindən biri də sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindrləri 2,8-3,2 atmosferə hesablanıb. Onu saxlayanda bir sıra mexanizmlər sıradan çıxır. Yeni qatarlarda isə sərnişinlər qapı arasında dayanıbsa, ötürücü bunu görür və avtomatik olaraq yenidən açılıb bağlanır"./trend

Xəbər xətti