Messi özünə otel alıb

08:26 - 13 Aprel 2019 - Xəbər

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb. Otelin keçmiş sahibi Visent Miralyesin sözlərinə görə, məşhur futbolçu "yalnız böyüklər üçün" formatında işləyən dördulduzlu istirahət guşəsini adanın şərq sahilində yerləşən Silyot kurort qəsəbəsində alıb.

O həmçinin əlavə edib ki, hazırda oteldə böyük təmir işləri gedir və açılış mayın 2-nə planlaşdırılıb.


Xəbər xətti