Gədəbəy rayonunda 32 yaşlı kişi deşici alətlə (biz) özünə xəsarət yetirib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndinin ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 32 yaşlı Arzu Tahir oğlu Məmmədov deşici alətlə boğazını deşib. Ağır xəsarət alan A.Məmmədov xəstəxanaya yerləşdirilib.
Əsəb xəstəsi olduğu bildirilən şəxsin hansı şəraitdə özünə xəsarət yetirməsi araşdırılır.
A.Məmmədovun arvadı "Report"un yerli bürosuna bildirib ki, hadisə onun gözləri önündə baş verib: "Biz Arzunun cibində idi. Birdən cibindən çıxaraq mənim gözümün qabağında öz boğazına batırdı".