Samuxda 2 otaqlı həyət evində yanğın baş verib.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Samux rayon mərkəzinin Abbas Qasımov küçəsində qeydə alınıb. Sözü gedən küçədə yaşayan Samux rayon sakini 47 yaşlı Habil Hüseynova məxsus ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib.
Dərhal hadisə yerinə Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10 dan əməkdaşı cəlb olunub və yanğın söndürülüb.
Hadisə yerində ev sahibi H. Hüseynovun meyiti aşkar olunub. Onun tüstüdən zəhərlənib öldüyü ehtimal olunur.
Yanğının hansı səbəbədən baş verdiyi araşdırılır.