Tovuzda azyaşlı yanıq xəsarətləri alıb

23:29 - 31 Mart 2019 - HADİSƏ

Tovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.

Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti