Bakıda xarici vətəndaşın kirayədə qaldığı mənzildən oğurluq olub- 2500 manat, 500 avro və 12 minlik qızıl

11:39 - 30 Mart 2019 - HADİSƏ

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, bu cinayət əməlini törədən şəxslər qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilmişlər.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti