Saxlanılan şəxsin digər oğurluq cinayətinin də üstü açılıb.
Bakı ŞBPİ və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Z.Bayramova saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma nəticəsində onun rayon ərazisində daha bir mağazadan içərisində 408 manat olan pulqabını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. olke.az