Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.
Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".
X X X
Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın dükanlardan birində qeydə alınıb. Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsinədək yayılıb. Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada cəlb olunub. Trend