Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
Saxlanılan rayon sakini Səbuhi Məmmədovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 1,054qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla S.Məmmədova narkotiki satan şəxsin rayonun Astanabad kənd sakini Mirrahim Zülfüqarov olduğu müyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan M.Zülfüqarovun üzərindən 2 bükümdə, ümumi çəkisi 16,307qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır./report