Qazaxıstan da “Boeing 737 MAX”la uçuşa qadağa qoydu

10:28 - 13 Mart 2019 - Xəbər

Qazaxıstan da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra “Boing 737 MAX” təyyarələri ilə uçuşu dayandırıb.  “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu qərar Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi tərəfindən qəbul edilib. Qeyd edək ki, Böyük Britaniya, Çin, Fransa, Almaniya, Avstraliya, Vyetnam, İndoneziya, Türkiyə, İtaliya, Avstriya, Latın Amerikası ölkələri də “Boeing 737 MAX”la uçuşları dayandırıb.

Xəbər xətti