Daha bir təyyarə qəza enişi etdi

22:48 - 12 Mart 2019 - Xəbər

"Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi Sofiya şəhərinin aeroportunda qəza enişi edib.

Trend-in Bolqarıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, Brüssel - İstanbul reysini yerinə yetirən "Airbus 321" təyyarəsi mühərriklərdən birində baş verən nasazlığa görə enib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin endiyi zaman hava limanında digər reyslərin qəbulu və yaxud göndərilməsi həyata keçirilməyib.

Xəbər xətti