Naxçıvanda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 2,2 milyon manat ayrılıb-Sərəncam

18:20 - 12 Mart 2019 - Xəbər

Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eddəcək.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Xəbər xətti