Prokuror sayt rəhbərinə şərti cəza istədi

16:14 - 12 Mart 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror A.Məmmədovun 5 il 6 ay azadlıqdan məhrum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Məhkəmənin baxış iclası martın 15-nə təyin olunub.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.trend

Xəbər xətti