Efiopiyada qəzaya uğrayan təyyarənin pilotunun son sözləri üzə çıxdı

14:51 - 12 Mart 2019 - Xəbər

Efiopiyada qəzaya uğrayan “Boeing-737” tipli təyyarənin pilotunun son sözləri üzə çıxıb.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “Ethiopian Airlines” şirkətinin rəhbəri Tevolde Gebremariam məlumat verib. Tevolde bildirib ki, pilot yaranan problem barədə məlumat verib və hava limanına geri qayıtmaq üçün icazə istəyib.
“Avia dispetçerin səs yazısından məlum olur ki, pilot problemin yarandığını və geri qayıtmaq istədiyini deyir. Ona geri qayıtmağa icazə verilir”, - deyə Tevolde deyib.

Hazırda avia şirkət “Boeing” ilə birlikdə müştərək istintaq aparır. ABŞ federal aviasiya idarəsi də istintaqa kömək edəcək.

Xəbər xətti