Salyan rayonunda yol qəzası baş verib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1993-cü il təvəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ci il təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.