Ucnoqta.az
www.ucnoqta.az

Salyanda yol qəzası baş verib, <font color=red><b>xəsarət alanlar var</b></font>

22:09 - 6 Mart 2019 tarixində dərc olunub.

Salyan rayonunda yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1993-cü il təvəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ci il təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: