Azərbaycanda polis rəisi işdən çıxarılıb

20:04 - 4 Mart 2019 - Xəbər

Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. /report

Xəbər xətti