İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp Qəzza zolağında Fələstin HƏMAS hərəkatının qalan qalalarının ələ keçirilməsi planlarını müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 10-da Ynet portalı baş nazirin ofisinin bəyanatına istinadən məlumat yayıb.
“Onlar girovları azad etməklə və HƏMAS-ı məğlub etməklə müharibəyə son qoymaq üçün İsrailin Qəzza zolağında HƏMAS-ın qalan qalalarına nəzarəti ələ keçirmək planlarını müzakirə ediblər”, - nəşr yazır.
Qeyd olunur ki, Netanyahu söhbət zamanı Amerika liderinə münaqişənin lap əvvəlindən göstərdiyi “sarsılmaz dəstəyə” görə minnətdarlığını bildirib.